
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın Axalkalaki şəhərində deputat Enzel Mkoyanın qardaşının avtomobilinin partladılması cəhdi baş verib.
Bu barədə deputatın özü məlumat verib.
Bildirilir ki, insident nəticəsində heç kim xəsarət almayıb.
Gürcüstan DİN-dən qeyd edilib ki, faktla bağlı cinayət işi başladılıb.






























