Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 9 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı  1394-ə çatıb, onlardan 1132 xəstə sağalıb, 17 xəstə ölüb.  Karantin rejimində 6903 nəfər var, 278 nəfər həkim nəzarətindədir.