
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın dövlət borcu ilk dəfə 2 trilyon funt sterlinqi (2,62 trilyon dolları) ötüb.
Bu barədə Birləşmiş Krallığın Milli Statistik Xidməti (MSX) məlumat yayıb.
Cari ilin iyul ayının sonuna olan vəziyyətə əsasən, ölkənin dövlət borcu 2,004 trilyon funt təşkil edib ki, bu da, ötən ilin analoji dövründən 227,6 milyard daha çoxdur.
Bundan başqa, borc ÜDM-in 100,5%-ni təşkil edərək onu keçib. Bu, ötən illə müqayisədə 20,4% daha çoxdur.






























