
Az.shafaqna.com “news-front”-a istinadən xəbər verir ki, bu il Böyük Britaniyanın müsəlman əhalisinin sayı 3 milyon nəfəri keçib.
Bu barədə Milli Statistika Ofisi məlumat yayıb.
Qeyd edilir ki, bütün dinlər arasında İslam ən böyük artım tempini göstərir.
Xristianlığa gəlincə isə, bu dinin mənsublarının sayı, əksinə, azalır.
Araşdırmada müsəlmanların Böyük Britaniyada coğrafi yerləşməsi barədə danışılmayıb. Lakin bu cür məlumatları 2011-ci ilin siyahıyaalmasında tapmaq olar. Belə ki, o zaman müsəlmanlar ən çox Londonda, həmçinin Blekbern, Yorkşir, Birminqem və Lutonda yaşayırdı.
Müsəlmanların sayı artsa da, ölkədəki müsəlman miqrasiyasının piki hələ qarşıdadır.






























