Photo by Engin Akyurt from Pexels

Az.shafaqna.com NTV-a istinadən xəbər verir ki, Türkiyənin Qara dənizdə təbii qaz yatağı aşkar etməsi ölkəyə digər dövlətlərdən enerji asılısı olmamağa imkan verəcək.

Bunu Türkiyənin maliyə naziri Berat Albayrak bildirib.

Biz ölkəmizin tarixini dəyişəcək hadisənin şahidiyik. Biz xoşbəxt və iftixarlıyıq. Biz bu gün bizi 3-cü ölkələrin enerji asılılığından xilas edəcək addım atdıq”, – deyə o qeyd edib.

Nazir bunun Ankaranı ödəniş balansı defisitindən xilas edəcəyini ümidini ifadə edib.

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan bu gün elan edib ki, ölkəsi Qara dənizdə böyük təbii qaz yatağı tapıb.