Az.shafaqna.com “On.ge”-yə istinadən xəbər verir ki, Gürcüstanda gənc qadın karantin məkanı həkimi tərəfindən cinsi istismara məruz qalıb.

Faktı “Gürcüstan Xalq Müdafiəçisi”nin (GXM) ofisi müəyyən edib.

Hadisə cari ilin aprel ayında baş verib.

Zərərçəkmiş qadın baş verənlər haqda məlumat verib.

Ombudsmen və “Sapari” qeyri-hökumət təşkilatı da işin araşdırılmasına qoşulub.

Sosial Xidmət Agentliyi ilə müqaviləsi olan həkim ərizəçiyə qarşı pis cinsi hərəkətlər edib”, – deyə araşdırmadan sonra ombudsmenin ofisindən bildirilib.

GXM qeyd edir ki, eyni anda cinsi istismarın 3 halı baş verib: verbal, qeyri-verbal və fiziki. Həkimin hərəkətləri nəticəsində qadın “alçaldılmış və həqarətli vəziyyətə” düşüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin