Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, əgər ABŞ Asiya-Sakit okean (ASO) regionunda orta və aşağı mənzilli raketlər yerləşdirərsə, Çin cavab tədbirləri görəcək.

Bunu Çin XİN rəsmisi Çjao Litszyan bəyan edib.

Çin tərəfi qətiyyətlə ASO-da ABŞ tərəfindən orta və aşağı mənzilli raketlərin yerləşdirilməsinə qarşıdır, ABŞ-ın Çinin qonşu ölkələrinə daimi təzyiqinə və Çinin kandarındakı açıq təxribatlarına görə son dərəcə narazılığını ifadə edir”, – deyə o bildirib.

Xatırladaq ki, daha öncə ABŞ-ın silahlara nəzarət üzrə xüsusi təmsilçisi Marşal Billinqsli demişdi ki, Vaşinqton müttəfiqlərinin müdafiəsinin artırılması üçün Asiya ölkələri ilə onların ərazisinə raketlərin yerləşdirilməsini müzakirə edəcək.

Qeyd edək ki, son zamanlar Çin və ABŞ münasibətləri pisləşib.