EPA-EFE/VASILY FEDOSENKO / POOL

Az.shafaqna.com “BelTA”-ya istinadən xəbər verir ki, Belarusdakı iğtişaşları ABŞ idarə edir, avropalılar isə Vaşinqtona “dəm tutur”.

Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Bax, bu cəncəli bizim üçün hazırlayırdılar… Bütün bunları ABŞ-da hazırlayıb yönəldirlər, avroplalılar isə “dəm tutur”, – deyə o bildirib.

Lukaşenko əlavə edib ki, bunun üçün Polşa paytaxtı Varşava yaxınlığında xüsusi mərkəz yaradılıb.

Xatırladaq ki, 9 avqustda Belarusda prezident seçkiləri baş verib. Bundan sonra seçkilərin nəticələrinə etiraz olaraq ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları başlayıb.