
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, həkim və teleaparıcı Sergey Aqapkin dərman qəbul etmədən təzyiqi qaldırmağın yolları barədə danışıb.
Onun sözlərinə görə, hipotoniklər ilk növbədə gündəlik su qəbulunu artırmalıdırlar.
“Gün ərzində nə qədər su içdiyinizi hesablayın və onu 1,5 dəfə artırın”, – deyə həkim bildirib.
“Duz mayeni saxlayacaq və təzyiqi artıracaq, kofein isə qan damarlarının tonusunu stimullaşdıracaq”, – deyə Aqapkin izah edib.
O qeyd edib ki, təzyiqi artırmağın 3-cü sadə yolu isə adi əl espanderi ilə məşğul olmağa başlamaqdır. Bu alətlə gündə hətta 5 dəqiqəlik məşqlər belə qan axımını normallaşdırmağa və ümumi əhvalı yaxşılaşdırmağa qadirdir.



























