
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ölkəsi müstəqil şəkildə vaksin hazırlaya bilmir, lakin vaksinin yaradıldığı ölkələrlə razılıq əldə olunarsa, onların istehsalını Ukraynada təşkil etməyə hazırdır.
“Texniki olaraq bizdə heç bir vaksin edilə bilməzdi. Məsələ həkimlərlik deyil. Vaksinin istehsalı üçün heç bir laboratoriya yox idi, artıq hazırda vaksini kütləvi şəkildə istehsal etməyə hazır bir neçə təsisatımız var”, – deyə o bildirib.
Zelenski qeyd edib ki, Ukrayna tərəfi vaksinin istehsalı ilə bağlı bəzi ölkələrlə danışıqlar aparır.
“Əgər biz ölkələrlə razılığa gələ bilsək, biz onu kütləvi istehsal etməyə hazırıq”, – deyə Ukrayna prezidenti bildirib və lakin söhbətin hansı ölkələrdən getdiyini deməyib.






























