?????????????

Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan DİN cari ayın 1-dən polislərin maaşlarını 125 lari (təxminən 42 dollar) artırıb.

Sonuncu dəfə polislərin maaşı düz 2 il öncə artırılıb: 2018-ci il 1 iyuldan ortalama 900 lari təşkil etmiş polis maaşı 250 lari artırılmışdı. Maaşın artırılması 13 mindən çox DİN əməkdaşına şamil edilmişdi.

DİN qeyd edir ki, “personalın effektiv idarəsi sisteminin yaradılması idarənin işləməsi və ictimati təhlükəsizlik və hüquqi qaydanın təminatı üçün mühüm məna kəsb edir”.

DİN-də ödənişli təcrübə dövrü sistemi tətbiq edilib ki, bu sistem yeni və ruh yüksəkliyi yüksək olan kadrların cəlb edilməsinə xidmət edir. Bundan başqa, nazirlikdə aktiv şəkildə infrastruktur yenilənməsi prosesi aparılır ki, bu da, əməkdaşların iş şəraitinin yaxşılaşmasına yönəlib..

Sistemdə həyata keçirilmiş tədbirlər nazirliyinin əməkdaşlarının əmək şəraitinin yaxşılaşdırılmasına və motivasiyasının yüksəldilməsinə xidmət edir”, – deyə qeyd edilib

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin