© gemdiamonds.com

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, “Diamond Limited” şirkəti 442 karat çəkili ən yüksək əyarlı almaz tapıldığını elan edib.

Almaz Lesoto krallığında yerləşən mədəndən çıxarılıb.

Letşenq” kimberlit mədənində tərəfimizdən çox zərif keyfiyyətli 442 karatlıq çox gözəl almaz tapılıb. Tapıntı daim iri almazların çıxarıldığı bu yatağın potensialını göstərir”, – deyə şirkətin Baş direktoru Klifford Eflik bildirib.

Bu almaz indiyədək tapılmış 40 ən iri almazlar qrupuna daxildir.

Bu almazın satışından əldə edilən gəlir Lesoto hökuməti ilə razılaşdırma əsasında təsdiqlənəcək xüsusi ictimai layihənin maliyyələşdirilməsinə sərf ediləcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, “Letşenq” mədənində 2018-ci ildə 910 karat çəkili “Lesoto Əfsanəsi” adlı almaz tapılıb, 2006-cı ildə isə “Lesoto vədəsi” adlı 603 karatlıq almaz tapılıb. Onların hamısı çox zərif keyfiyyətə sahibdir.