
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlərin yoluna qoyulması məsələləri üzrə xüsusi təmsilçisi Zurab Abaşidze bəyan edib ki, Tbilisi və Moskva arasındakı hava nəqliyyatı Rusiya tərəfinin qərarı əsasında dayandırılıb.
“Hava nəqliyyatı Gürcüstan tərəfinin təşəbbüsü ilə dayandırılmayıb. Bunu Rusiya tərəfi edib”, – deyə o bildirib.
Bununla yanaşı, Abaşidze qeyd edib ki, Gürcüstan müntəzəm hava nəqliyyatının bərpasında maraqlıdır.
O əlavə edib ki, əgər Moskva uçuşların bərpası ilə bağlı istəyini ifadə edərsə, Tbilisi məlum məsələni gündəliyə daxil edəcək.
Abaşidze sonda vurğulayıb ki, hər şey epidemioloji vəziyyətdən asılı olacaq.






























