Az.shafaqna.com “The Salt Lake Tribune”-yə istinadən xəbər verir ki, ABŞ-ın Yuta ştatının müsəlman sakini iş yerində dini mənsubiyyətə görə diskriminasiya ilə bağlı əmək bazarını tənzimləyən federal orqanlara şikayət edib.

Şikayətçi Allan Qudmanın İslam dinini qəbul etmək hekayəsi isə qeyri-adidir. Avtomexanik olan Allan Sedar-Siti şəhərindəki avtoservislərdən birində işə düzəlir. İşə düzələn zaman o, hələ xristian idi.

İşdə Allana deyiblər ki, müdiriyyətin qaradərili, qeyri-xristian və məxsusən də müsəlmanlardan xoşu gəlmir. Bunu öyrəndikdən sonra Allan internetdə müsəlmanlar barədə məlumat əldə etməyə və İslam dini ilə maraqlanmağa başlayıb. Dinin mahiyyəti ilə tanış olduqdan sonra Allan valeh olub – həqiqəti tapan avtomexanik şəhadət gətirib.

Digər dindarlarla birlikdə ibadət etməyin mümkünlüyü məni sevindirdi”, – deyə o bildirib.

Yuta sakini müdiriyyətə İslam dinini qəbul etməsi barədə məlumat verib və namaz qılması üçün qısa fasilələrin verilməsini xahiş edib. Cavab olaraq isə Allan istehza və təhqirlər eşidib.

Amerika-İslam Münasibətləri Şurasının (CAIR) vəkilləri əmək bazarındakı bərabər hüquqlar üzrə komissiyaya şikayət ərizəsi vermək məsələsində Allana kömək ediblər.