
Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Kvemo-Svaneti diyarının Lentexi rayonunun 5 kəndinin ətraflı əlaqəsi kəsilib.
Bu barədə rayon meriyası məlumat verib.
Güclü yağışlar səbəbi ilə Laskadura çayının sululuq səviyyəsi nəzərəçarpacaq qədər artıb. Güclü axınlar avtomobil və piyada yollarına, həmçinin 3 körpüyə ziyan vurub.
Hazırda Duraşi, Tvibi, Esiyeri, Sakdari və Mutsdi kəndləri ilə əlaqə mümkün deyil. Lentexi meriyası qeyd edir ki, adıçəkilən yaşayış məntəqələrinin sakinləri ilə yalnız mobil telefon vasitəsi ilə əlaqə saxlamaq olur.
Şiddətli yağışlar hələ də davam edir. Sel rayon mərkəzi üçün də təhdid mənbəyidir.
Rayon meri Badri Liparteliani fəlakət zonasındadır.






























