
Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, bu gündən etibarən rayon mərkəzi Mestiya və Lenceri kəndi istisna olmaqla, Mestiya rayonunun bütün inzibati vahidlərindəki karantin tədbirləri ləğv edilib.
Müvafiq qərarı COVID-19 ilə mübarizə üzrə Təsisatlararası Koordinasiya Şurası verib.
Mütəxəssislərin fikrincə, bu mərhələdə yüksək dağlıq Svanetiyada epidemioloji vəziyyət tam nəzarətdədir. Koronavirusla bağlı ümumi testlər keçirildikdən sonra bu nəticəyə gəlinib.
10 gün ərzində Mestiya rayonunda 3509 test keçirilib. Həmçinin karantindən əvvəlki iki həftə ərzində rayonda olmuş 1246 insan da test edilib. Koronavirus yalnız 49 nəfərdə təsdiqlənib. Onlardan da 29-u Mestiya rayonu sakini, 20-si isə onların əlaqədə olduğu şəxslərdir.
Mestiya və Lenceriyə gəlincə, orada əhalinin təkrar müayinəsi planlaşdırılır. Artıq bu gün 500 insanın testinin laboratoriyaya göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, adıçəkilən rayonda karantinin bərqərar edilməsi qərarı 10 avqustda qəbul edilib. Bu, Lenceridə 17 nəfərdə xəstəliyin aşkar edilməsindən sonra baş verib.
Mestiya və Lenceri ilə yanaşçı, Beço, Etseri, İdliani, İpari, Kala, Latali, Laxamuli, Mulaxi, Nakra, Uşqulu, Pari, Tsxumari, Tsvirma, Çuberi və Xaişi kəndlərinin giriş-çıxışlarında da məhdudiyyətlər olub.
10 avqustdan rayonda yalnız ilkin zərurət obyektləri işləyib: apteklər, banklar və ərzaq mağazaları. Rayonu tərk etmək istəyən turistlər isə 12 günlük karantindən keçməli idilər.






























