
Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, Gürcüstan hökuməti koronavirus pandemiyasına görə tətbiq etdiyi məhdudiyyətləri götürməyə davam edir, lakin, bununla belə, hökumət və epidemioloqlar əhalini ehtiyyatı saxlamağa və Səhiyyə Nazirliyinin məsləhətlərini unutmamağa çağırır.
Ölkə ərazisində bu məhdudiyyətlər qüvvədə qalmaqdadır:
– qapalı məkanlarda, açıq müəssisələrdə, ofislərdə və mağazalarda mütləq şəkildə maska taxılmalı və sosial məsafə saxlanılmalıdır;
– ictimai nəqliyyatda qoruyucu maskasız hərəkət etmək və kondisionerləri qoşmaq olmaz;
– qapalı məkanlarda mədəniyyət və idman tədbirlərinin keçirilməsi qadağandır;
– ənənəvi sosial tədbirlərdə (toylar, yaslar, yubileylər və s.) 10 nəfərdən artıq insanın toplaşması qadağandır;
– treninqlər, konfranslar və seminarlar distant və ya təmiz havada keçirilməlidir;
– məktəb və ali məktəblərdəki təhsil prosesi distant həyata keçirilməlidir;
– kazino və totalizatorların fəaliyyəti qadağandır, onlayn istisna olmaqla;
– taksi sürücüləri maska taxmalı, taksidə isə 2-dən artıq sərnişin ola bilməz, onlar arxa oturacaqda əyləşməlidirlər;
– insanların toplaşdığı yerlərdə məkandakı havanı alıb soyudan və onu geri alan split-sistem kondisionerlərdən istifadə etmək olmaz. Kondisiyalaşdırma və ventilyasiya sistemlərini özündə birləşdirən sənaye kondisionerlərinin istifadəsinə icazə verilir.
Təsisatlararası koordinasiya şurası vəziyyəti operativ şəkildə qiymətləndirir və yeni məsləhətlər və məhdudiyyətlər hazırlayır.
Qeyd edək ki, indiyədək Gürcüstanda ümumilikdə 939 yoluxma qeydə alınıb ki, onlardan da 817-si sağalıb,15 isə dünyasını dəyişib.






























