Global Look Press

Az.shafaqna.com “Ryönhapa” istiandən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In bacısı Kim Ye Çenı ölkə idarəçiliyindəki faktiki 2-ci sima təyin edib, həmçinin məmurlar qrupundakı səlahiyyətlərinin bir hissəsini də ona ötürüb.

Bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Agentliyi məlumat yayıb.

İddia edilir ki, artıq Kim Ye Çenın məsuliyyətlərinə Pxenyanın Seul və Vaşinqtonla münasibətləri daxildir. Üstəlik qeyd edilir ki, Ye Çen Kim Çen Inın xələfi təyin edilməsə də, bununla belə o, “de-fakto nömrə 2 liderdir”.

Kim Çen In əvvəlkitək öz mütləq hakimiyyətini qoruyub saxlayır, lakin onun bir hissəsi tədricən ötürülür”, – deyə bildirilib.