
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Türkiyənin “Turkish Airlines” aviaşirkəti 29 avqustdan Tbilisidən reyslər həyata keçirməyə başlayacaq.
Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyi məlumat verib.
Qeyd edilir ki, reyslər yalnız bir istiqamətdə həyata keçiriləcək. 29 avqustdan 26 sentyabradək hər şənbə saat 03:55-də Tbilisidən İstanbula uçuşlar olacaq. Adıçəkilən aviaşirkət artıq biletlərin satışına başlayıb.
Xatırladaq ki, Gürcüstan hökuməti ötən həftə beynəlxalq uçuşlara tətbiq edilən məhdudiyyətləri 30 sentyabradək (daxil olmaqla) uzadıb.
Məhdudiyyətlər Tbilisi ilə Münhen, Paris və Riqa arasındakı reyslərə şamil edilmir.
Digər istiqamətlər hava nəqliyyatının mərhələli bərpası ilə bağlı qərar epidemioloji vəziyyət nəzərə alınaraq qəbul ediləcək.






























