Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 15 nəfərdə koronavirus aşkarlanıb, 20 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı  1385-ə çatıb, onlardan 1128 xəstə sağalıb, 17 xəstə ölüb.  Karantin rejimində 6903 nəfər var.