Az.shafaqna.com “Associated Press”-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı meşə yanğınları nəticəsində 5 nəfər dünyasını dəyişib.

Həmçinin 30-dan çox yanğın söndürən və yerli sakin də xəsarət alıb. 2 nəfər isə itkin düşüb.

Təbii fəlakət ümumilikdə 175 tikilini, o cümlədən də yaşayış evlərini məhv edib, 50 min tikili təhlükə ilə üz-üzədir.

Yanğının söndürülməsinə 10 min yanğın söndürən cəlb edilib.