
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 9 nəfərdə koronavirus aşkarlanıb, 10 nəfər sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1370-ə çatıb, onlardan 1108 xəstə sağalıb, 17 xəstə ölüb. Karantin rejimində 6903 nəfər var, onların 278 nəfəri həkim nəzarətindədir.
Qeyd edək ki, Gürcüstanda yoluxanların 80.88 faizi sağalıb.






























