Az.shafaqna.com “Oltner Tagblatt”-a istinadən xəbər verir ki, İsveçrənin Olten şəhərində yerli sakinlər şokolad ovuntusa halında qeyri-adi çöküntülərin şahidi olub.

Şəhər sakinlərindən biri üzəri kakao-tozu hissəciklərinə bənzəyən çöküntü ilə örtülmüş avtomobilinin şəklini paylaşıb.

Daha sonra məlum olub, qeyri-adi çöküntülərə səbəb qənnadı zavodunun ventilyasiya sistemindəki xəta olub. Kakao tozu havaya düşərək güclü külək vasitəsi ilə bütün ətrafa yayılıb.

Zavod rəsmiləri bildiriblər ki, xırdalanmış kakao-paxlaları ekologiya və insanlar üçün təhlükəli deyil. Həmçinin nasazlıqları tez bir zamanda aradan qaldıracaqları ilə bağlı söz veriblər.