Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Ukrayna MDB çərçivəsində bağlanmış daha 7 beynəlxalq sazişdən çıxıb.

Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal məlumat verib.

Hökumətimiz MDB çərçivəsindəki əməkdaşlığa dair müqavilələrdən çıxma siyasətini davam etdirir, buna görə də biz bu gün mülki aviasiya ilə bağlı saziş və radionaviqasiya təminatına dair müqaviləni ləğv edirik”, – deyə o bildirib.

Məxsusən də, Kiyev “Radionaviqasiya” məsləhət şurası, “MDB-dəki uzaq radionaviqasiya təminatına dair”, “Beynəlxalq Mülki Aviasiyaya dair Konvensiyanın “83 bis” maddəsinin praktiki istifadəsinə dair”, “Mülki aviasiyanın təyyarələrinin uçuşlarının axtarış-xilasetməsinin keçirilməsinin və təşkilatda əməkdaşlığa dair” sazişlərdən çıxıb.

Bundan başqa, Ukrayna “Mülki aviasiyanın qeyri-qanuni müdaxilə aktlarından müdafiənin təmin edilməsi üzrə əməkdaşlığa dair”, həmçinin “Mülki aviasiya sahəsindəki qarşılıqlı əlaqə və əməkdaşlıq prinsiplərinə dair” razılıqlarına daha əməl etməyəcək.