EPA-EFE/VASILY FEDOSENKO / POOL

Az.shafaqna.com “BelTa”-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizliyi Komitəsinə (KQB) küçə iğtişaşlarının təşkilatçılarını müəyyən edərək onların fəaliyyətlərinin qarşısını almaq tapşırığı verib.

Bundan başqa, Lukaşenko KQB-a iğtişaşların maliyyə kanallarını da ifşa etmək göstərişi verib.

Nə qədər çətin olursa, olsun, biz bu işi davam etdirməli və maksimum işləməliyik”, – deyə o qeyd edib.

Xatırladaq ki, 9 avqustda Belarusda prezident seçkiləri baş verib. Bundan sonra seçkilərin nəticələrinə etiraz olaraq ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları başlayıb.