Az.shafaqna.com NRK-a istinadən xəbər verir ki, Norveç XİN casus qalmaqalı ilə bağlı rusiyalı diplomatı ölkədən çıxartmaq qərarı qəbul edib.

O, “persona non grata” (arzuolunmaz şəxs) elan edilib.

Bildirilir ki, Rusiyadan olan diplomat norveçli casusla görüşüb. Norveç XİN həmin şəxsin adını hələ açıqlamasa da, məlumdur ki, o, Rusiya səfirliyinin ticarət şöbəsində işləyirdi.

Norveçli rəsmi Trüdü Maaseyde deyib ki, məlum insidentlə bağlı səfir XİN-ə çağırılıb və məlumatlandırılıb.

O (ittiham edilən diplomat), onun rol və statusu ilə uyğun olmayan hərkətlər edib”, – deyə Maaseyde qeyd edib.

Rusiyalı diplomatın ölkəni tərk etmək üçün 72 saat vaxtı var.