
Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, Gürcüstanda koronavirus pandemiyası dövründə daşınmaz əmlaka olan tələbat artıb.
Məqalədə kəndlərdə atılmış evlər üçün yeni sahib axtaran 45 yaşlı mühəndis Lekso Çarkvianidən danışılır.
Çarkviani təkcə son 2 ildə Raça-Leçxumidə 70 ev satıb.
“Koronavirus şəhər kənarı daşınmaz əmlaka olan marağı artırıb, çünki insanlar uzaqdan işləmək üçün daha iri evlər axtarırlar. Əhalinin sıx olduğu ərazilərdən uzaq və daha ucuz (evlər). Bu amil yoluxma riskini azaldır”, – deyə qeyd edilib.
Çarviani deyib ki, pandemiya nəticəsində şəhər sakinləri anlayıblar ki, onların kənd evinə – “zərurət halında xəlvətə çəkilə biləcəyi yerə” ehtiyacı var.
Müəllif: Levan Deneladze






























