
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Ukraynada Kiyevdəki Türkiyə və ABŞ səfirliklərində bombanın olmasına dair saxta məlumat verən Ermənistan vətəndaşı tutulub.
Kiyev prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, 46 yaşlı cinayətkar 1 avqustda iki dəfə polisə zəng edərək səfirlik binalarında bombanın yerləşdirilməsi haqda xəbər verib.
Cani 6 ilədək azadlıqdan məhrum edilə bilər.






























