
Az.shafaqna.com “Dunya News-ə” istinadən xəbər verir ki, Fələstinlilərin hüquqları təmin edilməyincə Pakistan İsraili tanımayacaq.
Bunu Pakistanın Baş naziri İmran Xan bildirib.
İsrail və BƏƏ arasındakı münasibətlərin normallaşdırılmasına dair sazişi şərh edən Xan deyib ki, İslamadab Tel-Əvivin tanınması mənasını verən bu cür addımlar atmaq niyyətində deyil.
Onun sözlərinə görə, Pakistan dövlətinin qurucusu Məhəmməd Əli Cinnah öz hüquqları uğrundakı mübarizədə fələstinlilərə əvəzsiz dəstək göstərib.
“Bizim İsraillə bağlı mövqeyimiz konkretdir. Fələstinlilərin hüquqları təmin edilməyincə biz İsraili tanımayacağıq. Bu isə sırf “iki xalq üçün iki dövlət” prinsipi əsasında mümkündür”, – deyə Pakistan Baş naziri qeyd edib.
O əlavə edib ki, İsrailin tanınması pakistanlıların mübahisəli Kəşmir regionu ilə bağlı öz hüquqlarından imtinası deməkdir, çünki hər iki problem eyni tarixi köklərə sahibdir.






























