FOTO: АР/TASS

Az.shafaqna.com “Komsomolskaya Pravda”-ya istinadən xəbər verir ki, SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov hesab edir ki, Belarus prezidenti Aleksandr Lukaşenko dəstək üçün fəhlələrə müraciət məsələsində gecikib.

Lukaşenko dəstək üçün sənaye müəssisələrinin işçilərinə müraciət edib. Lakin, görünür ki, gecdir”, – deyə o bildirib.

Qorbaçov əlavə edib ki, Belarusdakı hadisələrə xaricdən təsirin olduğu hiss olunur.

O həmçinin iddia edib ki, “parçalanma və daxili müharibədən qurtulmaq” üçün SSRİ prezidenti postunu tərk edib.

Xatırladaq ki, Belarusda artıq bir neçə gündür ki, 9 avqustda keçirilmiş prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları davam edir.