Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava iki günlük səfərlə Bakıya gələcək.
Azərbaycan paytaxtında Gürcüstan-Azərbaycan biznes-forumu baş tutacaq.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər iqtsadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, investisiyaların artırılması, regional əməkdaşlıq layihələri və digər aktual məsələləri müzakirə edəcəklər.
Bildirilib ki, Turnava Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Bu məqaləni paylaş
