Az.shafaqna.com CNN-ə istinadən xəbər verir ki, ABŞ-da gün ərzində müəyyən edilən koronavirusa yoluxma halları tezliklə 100 mini keçə bilər.

Bu haqda ABŞ-ın baş infeksionisti Entoni Fauçi xəbərdarlıq edib.

O, senatda çıxış edərkən bildirib ki, hazırda ABŞ-da gündə 40 mindən çox xəstə müəyyən edilir. Onun sözlərinə görə, əgər əlavə tədbirlər görülməsə, bu rəqəm 6 rəqəmli ola bilər.

(Hökumət) vəziyyətə qətiyyən nəzarət etmir və səhv yolla hərəkət edir”, – deyə o qeyd edib.

Fauçi ölkə rəhbərliyinin müəssəsilərin açılmasına dair təlimatlara kifayət qədər diqqət ayırmaması, həmçinin vətəndaşların sosial məsafə ilə bağlı məsləhətləri qulaqardı etməsi ilə bağlı nahatlığını ifadə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin