
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya İstehlakçıların hüquqlarının müdafiəsi və İnsanların rifahı üzrə Federal Xidməti (“Rospotrebnadzor”) alma seçimi ilə bağlı məsləhətlər verib.
Meyvələrin üzərində ləkə və əziklər olmamalı, onlar digər məhsullardan ayrı saxlanılmalıdır.
İstifadədən öncə almaları qaynar su ilə yumaq lazımdır, çünki onların üzəri mum ilə örtülmüş ola bilər.
“Mağaza və ya bazarda alma seçərkən onları diqqətlə gözdən keçirin ki, üzərilərində ləkələr, əziklər və başlayan çürük izləri olmasın. Çürümüş almada mitotoksin, kif göbələklərinin ifraz etdiyi patulin olur. Patulin immun sistemi, hüceyrələrin strukturuna və xromosomlara təsir edir”, – deyə qeyd edilib.






























