GETTY

Az.shafaqna.com “Daily Mail”-a istinadən xəbər verir ki, ABŞ ordusunun məruzəsinə əsasən, Şimali Koreyanın arsenalında təxminən 60 atom bombası və 5 min tonadək kimyəvi silah var.

Qeyd edilir ki, Şimali Koreya hər il 6 yeni nüvə silahı istehsal edə bilir.

Mütəxəssislər hesab edir ki, Pxenyan il sonunadək nüvə bombaları arsenalını 100 ədədək artıra bilər.

Ehtimal edilir ki, Şimali Koreyaya bu nüvə ehtiyatları ölkə rəhbərliyinin kənardan dəyişdirilmə cəhdlərinin qarşısını almaq üçün lazımdır. Həmçini deyilir ki, belə bir halda Şimali Koreya kimyəvi silahdan da istifadə edə bilər.

Xatırladaq ki, daha öncə Kim Çen In bildirmişdi ki, nüvə silahı ölkənin təhlükəsizliyini həmişəlik təmin edəcək. Bu bəyanat ABŞ və Şimali Koreya arasındakı nüvəsizləşdirməyə dair dayanmış danışıqların fonunda səslənib.