
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Suriyada baş verən partlayış zamanı Rusiya ordusunun general-mayoru həlak olub.
Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Bildirilir ki, yolun kənarına quraşdırılmış kustar üsulla hazırlanmış partlayıcı qurğu Deyr əz-Zor yaxınlığında humanitar aksiya keçirildikdən sonra geri qayıdan avtokarvanın hərəkəti zamanı işə düşüb.
İnsident zamanı həmçinin 2 rusiyalı hərbçi də yaralanıb.
Ölən general-mayorun baş hərbi məsləhətçi kimi fəaliyyət göstərdiyi qeyd edilib.































