Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, mindən çox Gürcüstan vətəndaşına Türkiyəyə getməyə icazə verildi.

Bu barədə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze məlumat verib.

Bildirilir ki, artıq müvafiq icazələri alan 600-ə yaxın insan Türkiyəyə yola düşüb.

Türkiyəyə getmək istəyənlər Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən yaradılab xüsusi saytda, həmçinin Acarıstan İşədüzəltmə Agentliyi ilə foreignworkers.moh.gov.ge saytında da qeydiyyatdan keçməlidirlər.

Ərizəni artıq Türkiyədə qeydiyyatdan keçmiş və gürcü dilində notarial surətdə təsdiq edilmiş fiziki və ya hüquqi şəxs tərəfindən dəvət alan şəxslər doldurmalıdır.

Ərizələrini xüsusi yaradılmış işçi qrupu gözdən keçirir. Müraciətlərin 7 iş günü ərzində gözdən keçirilmə qərarının olmasına baxmayaraq, Türkiyəyə getmək istəyənlər 48 saat içərisində cavab alırlar.

Acarıstan İşədüzəltmə Agentliyi qeydiyyat prosesində vətəndaşlara pulsuz xidmət göstərir. Ətraflı məlumat üçün visit.hrajara.gov.ge/nebartva saytına daxil ola və ya 1505, (0422) 24 78 82, (0422) 24 78 83 nömrələri ilə saxlaya bilərsiniz.

Xatırladaq ki, Gürcüstan hökuməti 4 avqustdan Türkiyədə işləmək istəyənlər 3 ay müddətinə icazə verib. Bunun üçün xüsusi anketi doldurmaq lazımdır.