Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 10 nəfərdə koronavirus aşkarlanıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı  1361-ə çatıb, onlardan 1098 xəstə sağalıb, 17 xəstə ölüb.  Karantin rejimində 7235 nəfər var, onların 302 nəfəri həkim nəzarətindədir.