
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, “Rosneft” şirkətinin rəhbəri İqor Seçin Rusiya prezidenti Vladimir Putinə içərisində Qərbi-İrkinsk yatağından çıxarılmış neft olan butulkanı hədiyyə edib.
Seçin deyib ki, “Qərbi-İrkinsk yatağının 31-ci mədənindən çıxarılmış həmin neft sarsıdıcı xüsusiyyətlərə sahibdir: onun tərkibində kükürd 0,02 faizdir”.
Onun sözlərinə görə, bu, “premial neftdir, dünyanın ən yaxşı” neftidir.
Putinin “Yaxın Şərqdəki neft kimidir?” sualına isə Seçin “hətta daha yaxşı” cavabını verib.






























