© Global Look Press

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi 3,8 bal gücündə zəlzələ qeydə alıb.

Məlumata əsasən, yeraltı təkan Tbilisidən 133 km şimal-qərbdə Daba Cava kəndində baş verib.

Yerli vaxtla 15:50-də yaşanmış zəlzələnin episentri 13 km dərinlikdə yerləşir.

Dağıntı və ya ölən/yaralananların olması barədə məlumat daxil olmayıb.