Az.shafaqna.com xəbər verir ki, ABŞ koronavirusun potensial dərmanının dünyadakı ehtiyatlarının hamısını alır.

“Der Spiegel” yazır ki, Donald Trampın başçılıq etdiyi ABŞ hökuməti “Remdesivir” dərmanının yüz minlərlə dozasını alıb. Digər ölkələr üçün payızadək çətin ki, bir şey qalsın.

“The Guardian” isə qeyd edir ki, ABŞ 500 min dozadan çox dərman alıb. Bu rəqəm “Gilead” şirkətinin iyulda istehsal edəcəyi dərmanın bütün həcminə, həmçinin avqust və sentyabrda istehsal ediləcək dərman həcminin 90%-ni bərabərdir.

Sentyabradək Avropa və qalan ölkələr üçün COVID-19 pasiyentlərinin müalicəsinə, demək olar ki, “Remdesivir” qalmayacaq”, – deyə qeyd edilib.

Bildirilir ki, adıçəkilən dərman Ebola hemorragik qızdırmasının müalicəsi üçün hazırlansa da, cüzi effektivlik göstərib. Lakin aprelin sonundakı araşdırmalara əsasən, bu dərman koronavirusa yoluxmuş xəstələrdə sağalma müddətini 4 gün azaldaraq 15 gündən 11 günə sala bilər.

Dərmanın istifadəsi zamanı ölüm hallarının azalması hələ təsdiq edilməyib. Lakin ABŞ və Yaponiyada istisna qaydalar olaraq artıq koronavirusun bu dərmanla müalicəsinə icazə verilib.

“Gilead” şirkəti bəyan edir ki, inkişaf etmiş ölkələr üçün bu dərmanın bir ampulası 390 dollara satılacaq.

Əvvəlki məqaləSəudiyyə Ərəbistanı Yəmənin paytaxtını bombaladı
Növbəti məqalədəRus həkim ən faydalı tərəvəzin adını açıqladı

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

The reCAPTCHA verification period has expired. Please reload the page.