Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi üzrə komitə başçısının müavini Aleksandr Başkin kriminal submədəniyyətini təbliğ edən saytların məhkəməyədək bloklanmasını nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına daxil edib.

Qanun layihəsi mövcud “kriminal submədəniyyət”, “kriminal submədəniyyətin yaradılması və ona dəstək fəaliyyəti” anlayışlarını təkmilləşdirir.

“Qanun pozuntularının profilaktikasının əsaslarına dair” və “məlumat, məlumat texnologiyaları və məlumatın mühafizəsinə dair” qanunlara dəyişikliklər də təklif edilir.

Başkinin sözlərinə görə, bu cür kriminal internet-cəmiyyətlərinin yaradılması fəaliyyəti islahedici müəssisələrdəki insanlar tərəfindən həyata keçirilir.

Bu şəxslər yetkinlik yaşına çatmamış şəxslərə təsir göstərirlər, kriminal dəyərləri təbliğ edirlər və hüquq-müfafizə orqanları və məhkəmə əməkdaşlarına qarşı nifrət yayırlar ki, bunlar da xüsusi təhlükədir”, – deyə o qeyd edib.

Ekstremizm əleyhinə qanunların kriminal həyat tərzi və ideologiyası ilə mübarizədə kifayət etmədiyini deyən rusiyalı rəsmi kriminal dəyərlərin təbliğinin yolverilməzliyi bağlı işlərin aparılmalı olduğunu qeyd edib.

Qanun layihəsi kriminal mədəniyyəti formalaşdıran və dəstəkləyən informasiyalı saytların, həmçinin bu cür internet-cəmiyyətinlərin yaradılmasını bloklamağı nəzərdə tutur.

Xatırladaq ki, ötən gün Rusiya Ali məhkəməsi gənclər arasında yayılan və “АУЕ” kimi tanınan kriminal hərəkatı ekstremist elan edib.