Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda müntəzəm beynəlxalq hava nəqliyyatına tətbiq edilən məhdudiyyətlər uzadılıb və 2020-ci ilin 30 sentyabr tarixinədək qüvvədə olacaq.

Bu barədə Gürcüstan Vətəndaş Aviasiyası Agentliyi məlumat yayıb.

Sözügedən məhdudiyyətlər Tbilisi ilə Münhen (Almaniya), Paris (Fransa) və Riqa (Latviya) arasındakı birbaşa beynəlxalq uçuşlara şamil edilmir.

Qeyd edilir ki, əgər Gürcüstandakı və sadalanan 3 ölkədəki epidemioloji vəziyyət pisləşməsə, müəyyən edilmiş qrafikə uyğun şəkildə müntəzəm uçuşlar davam etdiriləcək.

Digər istiqamətlərdə də müntəzəm hava hərəkətinin tədrici bərpasına dair qərar epidemioloji vəziyyət nəzərə alınaraq qəbul ediləcək.

COVID-19 pandemiyasının ilə bağlı aviasiya sektorundakı vəziyyəti proqnozlaşdırmaq çətin olduğu üçün, Agentlik vətəndaşları təsdiq edilməmiş istiqamətlərə/reyslərə bilet almaqdan çəkinməyə çağırıb.