© AP Photo / Jerome Delay

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Mali hərbçiləri paytaxt Bamakonun yaxınlığında qiyam qaldırıblar.

Bu barədə Norveç səfirliyi və təhlükəsizlik strukturlarındakı mənbədən məlumat verilib.

Hərbçilərin Bamakoya tərəf hərəkət etdiyi deyilir.

Norveç, həmçinin Fransa və İspaniya səfirlikləri öz vətəndaşlarına evlərini tərk etməməyi məsləhət görüblər.

RFI radiosunun yerli sakinlərə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Katidə hərbi düşərgə yerləşən ərazidən atışma səsləri eşidilib.