
Az.shafaqna.com İraq mediasına istinadən xəbər verir ki, ötən gün axşam saatlarında İraq hökumətinin nümayəndə heyəti Vaşinqtona gəlib.
İraq XİN başçısı Fuad Hüseyn bildirib ki, baş tutacaq strateji dialoq zamanı Bağdad və Vaşinqton arasındakı münasibətlər müzakirə ediləcək.
20 avqustda İraq Baş naziri Mustafa əl-Kazıminin də ABŞ-a səfəri və prezidenti Donald Trampla görüşü gözlənilir.
İraq hökumətinin mətbuat katibi Əhməd Molla Təlal deyib ki, danışıqlar İraq XİN başçısı Fuad Hüseyn və ABŞ dövlət katibi Mayk Pompeo arasındakı görüşlə başlayacaq.






























