РИА Новости

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko DİN-in 300 əməkdaşını “Qüsursuz xidmətə görə” 1, 2 və 3-cü dərəcəli medallarla təltif edib.

Qeyd edilir ki, “xidməti vəzifələrin qüsursiz icrasına görə” mükafatlandırmaya dair fərman 25 səhifədir.

Sözügedən sənəd 13 avqustda dövlət başçısı tərəfindən imzalanıb.

Xatırladaq ki, 9 avqustda Belarusda prezident seçkiləri baş verib. Bundan sonra seçkilərin nəticələrinə etiraz olaraq ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları başlayıb.