
Az.shafaqna.com KP-yə istinadən xəbər verir ki, rusiyalı məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov ən faydalı tərəvəzin brokkoli olduğunu bildirib.
O qeyd edib ki, brokkolidə çoxlu vitaminlər, minerallar, həmçinin bioloji aktiv maddələr var ki, bunlar da insanı xərçəngdən qoruya bilər.
O əlavə edib ki, adıçəkilən tərəvəzi çiy halda yemək bişmiş halda yeməkdən daha yaxşıdır.
A.Myasnikov deyib ki, orqanizmin tonusda saxlanılması üçün insan gündə yarım kilo müxtəlif meyvələrdən və yarım kilo tərəvəz yeməlidir. Üstəlik bu cür bitki qidası aptekdən alınan vitaminlərdən daha xeyirlidir.
“Məsələn, götürüb bir bibər yediniz: siz, bəlkə də, hər hansısa bir həbdəki kimi çox C vitamini əldə etməsəniz də, o, mənimsəniləcək. Həb isə belədir ki, (udursan və o,) düşür sənin mədənə, orada isə turşu onu yandırır”, – deyə o “Rossiya 1”-in efirində bildirib.
Müxtəlif rəngli hər bir meyvə və tərəvəz müxtəlif faydalı elementlərlə zəngindir. Məsələn, qırmızı meyvələr də likopin, yaşın tərəvəzlərdə fol turşusu var, göy və bənövşəyilər resveratrol – damarları xolesterindən təmizləyən bioloji aktiv maddə ilə zəngindir.






























