Az.shafaqna.com “Sina” agentliyinə istinadən xəbər verir ki, Çinin “Sinopharm” əczaçılıq korporasiyasının koronavirus infeksiyası əleyhinə vaksini 2020-ci ilin dekabrında bazara çıxaracaq.

Çinli rəsmi Lyu Tszinçjenin sözlərinə görə, dərmanın qiyməti təxminən 150 dollar olacaq.

O qeyd edib ki, vaksinin qeydiyyatına beynəlxalq kliniki sınaqların 3-cü mərhələsi başa çatdıqdan sonra başlamaq olacaq.

Rəsmi deyib ki, Pekin Biopreparatların Araşdırma İnstitutu ildə 120 milyonadək inaktiv vaksin istehsal edəcək, Uxan Biopreparatlar İnstitutu isə əlavə 100 milyon vaksin istehsalını öz üzərinə götürəcək.

Tszinçjen bildirib ki, vaksinin bir inyeksiyası zamanı xəstələrin 97%-də anticisimlər əmələ gəlir, növbəti inyeksiya zamansı isə nəticə təxminən 100% olur.