Jayne Kamin-Oncea-USA TODAY Sports

Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, orta-ağır çəkidəki UFC çempionu Con Cons tituldan imtina etdiyini elan edib.

Mən bu gün UFC rəhbərliyi ilə danışdım və rəsmi şəkildə orta-ağır çəkidəki titulu boşaltdığımı təsdiq edirəm. Bu, inanılmaz səyahət idi, fanatlarım və UFC-a ürəkdən təşəkkür edirəm”, – deyə o bildirib.

İdmançı qeyd edib ki, ağır çəkidə iştiraka xatir “promouşen”-ə qayıtmağa hazırdır. Cons həmçinin əlavə edib ki, müqaviləsinin maliyyə şərtlərinin yaxşılaşdırılması barədə razılığa gələ bilməyib.

Xatırladaq ki, Cons çəki kateqoriyasından asılı olmayaraq UFC reytinqində birinci yeri tutur. O, peşəkar karyerada 28 döyüş keçirib: 26 qələbə, 1 məğlubiyyət. 1 döyüş isə baş tutmamış hesab edilib.