Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, işğal edilmiş ərazilərdəki qondarma Cənubi Osetiya rejiminin mərkəzi Tsxinvali şəhərində DİN başçısı İqor Naniyevin avtomobili atəşə tutulub.

Naniyevin xəsarət almadığı bildirilir.

Qeyd edilir ki, avtomobilə 3 tərəfdən atəş olub. Güllələrdən biri maşının qapısına dəyib.

Qondarma rejimin araşdırmaya başladığı deyilir.