
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 10 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər isə sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1351-ə çatıb, onlardan 1092 xəstə sağalıb, 17 xəstə ölüb. Karantin rejimində 7597 nəfər var, onların 249 nəfəri həkim nəzarətindədir.






























